ABŞ-da prezidentliyə namizəd Donald Tramp Rusiyanın “Şimal Axını – 2” laiyihəsinin onun tərəfindən məhv edildiyini bildirib.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, Tramp amerikalı jurnalist Taker Karlsona müsahibəsində “Rusiyanın dostu olduğu” haqda ittihamları cavablandırıb.
Bildirib ki, Rusiyanın əsas layihələrindən olan “Şimal Axını – 2” layihəsinin baş tutmamasını o təşkil edib.
“Qaz kəmərinin inşasına mən mane oldum və bu layihəni məhv etdim. Bunu 2019-cu ildə tikinci iştirakçılarına qarşı sanksiyalar tətbiq etməklə həyata keçirdim. Bunu məndən başqa heç kim edə bilməzdi. Mənim Rusiyanın dostu olduğumu düşünənlər xəstədirlər”, – o deyib.
Qeyd edək ki, Ukrayna müharibəsi başladıqdan sonra “Şimal Axını” və “Şimal Axını-2” qaz kəmərləri partladılıb. Rusiya bu hücumda ABŞ-ın əli olduğunu deyir.