Trampdan qadağa: Orduda transvestitlərə yer yoxdur

Trampdan qadağa: Orduda transvestitlərə yer yoxdur

ABŞ prezidenti dünyanın ən güclü ordusu ilə bağlı son qərarını verdi. Artıq cinsini dəyişənlər – transvestitlər ABŞ ordusunda xidmət edə bilməyəcəklər.

Tramp bu qərarını “Twitter” səhifəsində payalaşıb.

“Generallarım və hərbi mütəxəssislərimlə görüşlərdən sonra açıqlayıram ki, ABŞ hökuməti trans (cinsiyyətini dəyişən) şəxslərin orduda qulluq etməsini heç cür qəbul etməyəcək və buna icazə verməyəcək.

Ordumuz qəti və əzmkar zəfər əldə etməyə istiqamətlənib. Transların hərbidə səbəb olacaqları müdhiş tibbi xərcləri və ləngimələrin yükünü daşıya bilmərik. Təşəkkür edirəm”.

Qeyd edək ki, transların orduda xidmət etməsi qadağasını ötən il Barak Obama ləğv etmişdi. O zamankı müdafiə naziri Aş Karter də trans hərbçilərin gərəkli əməliyyat və xərclərinin Müdafiə Nazirliyi tərəfindən qarşılanmasını dəstəkləmişdi.

Trampın bu qərarından sonra hazırda ABŞ ordusunda xidmət edən 300-ə yaxın cinsini dəyişən hərbçinin aqibətinin nə olacağı da bilinmir.