

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahuya İrana qarşı hərbi əməliyyata qarşı olduğunu deyib.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.
Bildirilib ki, telefon danışığı zamanı Tramp Netanyahuya İranın nüvə proqramı ilə bağlı razılıq üçün real şəraitin olduğunu və diplomatik yolun hələ gündəmdə olduğunu söyləyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.