Trampdan fərqli olaraq bunu diqqətdə saxladım – Bayden

Trampdan fərqli olaraq bunu diqqətdə saxladım – Bayden

Misirin Şarm əş-Şeyx şəhərində keçirilən BMT-nin COP-27 iqlim dəyişikliyi sammitinin altıncı günü ABŞ Prezidenti Co Baydenin çıxışı ilə əlamətdar olub.

AzerTimes xəbər verir ki, Co Bayden sammit çərçivəsində misirli həmkarı Əbdülfəttah Sisi ilə görüşüb. O, ABŞ və Misirin Yaxın Şərq siyasətlərinin üst-üstə düşdüyünü, iki ölkənin regiondakı münaqişələrin həllinə dair ortaq mövqeyə malik olduğunu söyləyib. Co Bayden, həmçinin ABŞ, Avropa Birliyi və Almaniya tərəfindən bərpa olunan enerji istehsalı üçün Misirə 500 milyon dollar məbləğində vəsait ayrılacağını da söyləyib.

ABŞ Prezidenti çıxışında ölkəsinin metan emissiyasına qarşı tədbirlər görəcəyini bildirib. O, bu qazın qlobal istiləşməni tətikləyən ən güclü istixana qazı olduğunu deyib. Qlobal iqlim dəyişikliyi məsələsini prioritet elan etdiyini qeyd edən ABŞ Prezidenti bununla bağlı qanun imzaladığını və sələfi Trampdan fərqli olaraq məsələni diqqətdə saxladığını qeyd edib. Bildirib ki, ABŞ-ın yenidən Paris İqlim Sazişinə qoşulub.

Qeyd edək ki, COP-27 iqlim sammiti noyabrın 18-dək davam edəcək.

Teqlər: