ABŞ-ın keçmiş prezidenti Donald Tramp Prezident Co Baydeni səriştəsiz adlandırıb.
AzerTimes xəbər verir ki, bu barədə Tramp Cənubi Karolinada mitinqdə çıxışı zamanı bildirib.
“Siz səhvən Ukraynanı İraq adlandıra bilməzsiniz və təbii ki, bunu iki dəfə edə bilməzsiniz”, – Tramp bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden səhvən Rusiya dövlətinin başçısı Vladimir Putinin “İraqdakı müharibəni açıq-aşkar uduzduğunu” bildirmişdi.