Trampdan Baydenə: Bu qədər axmaqlıq olar?

Trampdan Baydenə: Bu qədər axmaqlıq olar?

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pentaqonda artilleriya sursatlarının çatışmazlığını etiraf edən hazırkı dövlət başçısı Baydeni tənqid edib.

AzerTimes xəbər verir ki, o, bu barədə “Foks Nyus”a müsahibəsində deyib.

“Hazırda nüvə silahı təhlükəsi fonunda ABŞ üçün ən təhlükəli zamandır. Və prezident postunu nə etdiyini başa düşməyən şəxs tutur. O şəxs ki, ayağa qalxıb bütün dünyaya ölkəmizdə döyüş sursatının bitdiyini deyir”, – Tramp bildirib.

O iddia edib ki, onun səlahiyyəti müddətində ABŞ-dakı hərbi anbarlar “ağzına qədər dolub”:

“Biz bunların hamısını onlara təhvil verdik. Əgər siz sursatların hamısını paylamısınızsa, bu, dəhşətlidir. Bundan daha pis ola biləcək yeganə şey bu barədə bütün dünyaya danışmaqdır. Bayden Çin və digər düşmən ölkələrə ABŞ-ın silah-sursatının bitdiyini söylədi. Axı sən necə axmaq ola bilərsən ki, belə bir şey deyəsən?”

Teqlər: