Avropa ödənişini etsə, ABŞ NATO-dan çıxmayacaq.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti, hazırki prezidentliyə namizəd Donald Tramp deyib.
O bildirib ki, Avropa ölkələri “ədalətli oynasalar”, ABŞ 100 faizliklə NATO-da qalacaq.
Tramp vurğulayıb ki, Avropa Amerika dəstəyindən istifadə etməməli, müdafiə xərclərini ödəməlidir:
“NATO ABŞ-la ədalətli davranmalıdır, çünki ABŞ olmasaydı, NATO sözün əsl mənasında mövcud olmazdı”.