Rusiyada anadan olan Boris Epşteyn ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa Ukraynada sülh üzrə xüsusi elçi postunun yaradılmasını təklif edib.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Məlumata görə, Tramp bu təkliflə razılaşmayıb.
Nəşr Rusiyada doğulub boya-başa çatan Epşteynin xarici siyasət təcrübəsinin olmadığını vurğulayıb.