ABŞ-ın vitse-prezidenti, ən yüksək dövlət postuna namizəd Kamala Harris respublikaçı rəqibi Donald Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirib.
AzerTimes xəbər verir ki, bu barədə K.Harris X səhifəsində yazıb.
“Mən keçmiş prezident Trampın Floridadakı mülkünün yaxınlığında silahlı atışma olması barədə məlumat aldım və onun təhlükəsizlikdə olmasına şadam. Amerikada zorakılığa yer yoxdur”, – deyə o bildirib.