Trampa prezidentlik yolunda daha bir maneə

Trampa prezidentlik yolunda daha bir maneə

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı yeni təhqiqat işi başladılıb.

AzerTimes xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.

Məlumata görə, bununla bağlı Tramp prokuror Cek Smitin ofisindən məktub alıb.

“Tramp Ağ Evdən vəzifədən getdikdən sonra məxfi materialları saxlamağa cəhd etməkdə və hökumətin onu əldə etmək cəhdlərinə mane olmaqda şübhəli bilinir”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Teqlər: