ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatında mitinqdə atəş açan şəxsdən təxminən 120-150 metr aralıda olub.
AzerTimes xəəbər verir ki, CNN telekanalı Trampla atəş açan şəxsin arasındakı geolokasiya mövqelərini analiz edib.
Bildirilib ki, şübhəli mitinqin arxasından bir neçə dəfə atəş açıb.
Hüquq-mühafiə orqanlarından qeyd ediblər ki, atəş açan şəxs mitinqin keçirildiyi yerdən aralıda yerləşən binanın damında olub.