Donald Trampa sui-qəsddə şübhəli bilinən şəxs Respublikaçılar Partiyasının üzvü olub.
AzerTimes xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, sui-qəsddə şübhəli bilinən 20 yaşlı Tomas Metyu Kruks bu il ilk dəfə prezident seçkilərində səs verəcəkdi.
CNN əməkdaşları onun atası ilə əlaqə saxlamağa çalışıblar. Lakin atası hüquq-mühafizə orqanlarına ifadə vermədən öncə danışmayacağını bildirib.