ABŞ prezidentliyinə namizəd Donald Trampa atəş açan şəxs Slovakiya Baş naziri Robert Fitsoya sui-qəsdin təfərrüatı ilə maraqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə “El Pais” nəşri yazıb.
Məlumata görə, Tomas Metyu Kruks internetdə elektrik stansiyaları, kütləvi atışmalar və Robert Fitsoya qarşı sui-qəsd cəhdi haqqında məlumatlar axtarıb. O, internet vasitəsi ilə partlayıcı maddələr almaq üçün bir neçə ləqəbdən istifadə edib.
Qeyd edək ki, iyulun 14-də Pensilvaniya ştatında ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinq zamanı atəş açılmışdı.