Prezident Zelenskiyə böyük hörmətim var, amma hesab edirəm ki, hazırda Ukraynaya getmək düzgün olmazdı.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, bundan öncə Zelenski Trampın Kiyevə gəlməsini təklif etmişdi. O bildirmişdi ki, Tramp gələrsə, ona Rusiya ilə müharibəni 24 saata bitirməyin mümkün olmadığını 24 dəqiqəyə izah edə bilər.