ABŞ prezidenti Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ Ev nəzdində yaradılan İnnovasiya idarəsinə rəhbər təyin edilib. İstiPress RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.
“Bu, daha çevik və qənaətcil hökumətin formalaşmasına imkan yaradacaq”, deyə Ş.Spayser bildirib. Onun sözlərinə görə, C.Kuşner həmçinin nazirlik və idarələrdə texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olacaq. Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır. Yanvarın 10-da onun 36 yaşı tamam olub.