Tramp yenə Kanadadan danışdı: Birləşsək…

Tramp yenə Kanadadan danışdı: Birləşsək…

Ötən günlərdə Kanada ilə bağlı qalmaqallı açıqlamalar verən ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp növbəti dəfə bu ölkədən danışıb.

AzerTimes xəbər verir ki, Tramp yenə də Kanadanın ABŞ-ın ayrılmaz hissəsi olmasını istədiyini bildirib.

“Kanada və ABŞ bir olsaydı… Birlikdə nə gözəl millət olardıq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Tramp bundan öncə Kanadanın ABŞ-ın 51-ci ştatı olması gərəkdiyini söyləmişdi.

Teqlər: