Ermənistan hakimiyyəti trampçıların ideoloji rəqibləri olan “sorosçu qlobalistlərin” marionetləridir.
AzerTimes xəbər verir ki, bu sözləri erməni ekspert Armen Badalyan ABŞ-ın yeni Prezidenti Donald Trampın Ermənistana münasibətinin necə olacağı haqda suala cavabında deyib.
“Ermənistan hakimiyyətinin Trampla işləyib-işləməyəcəyinin heç bir əhəmiyyəti yoxdur, çünki trampçılar Ermənistanla bağlı hansısa siyasət həyata keçirməyə qərar versələr, indiki hökuməti dəyişəcək və həmin siyasəti həyata keçirəcəklər. Əgər görsələr ki, bu hakimiyyət öz siyasətləri üçün qalmalıdır, o zaman ona dəyməyəcəklər. Trampın çevrəsinə yaxşı məlumdur ki, indiki Ermənistan hakimiyyəti Sorosun marionetləridir”, – Armen Badalyan bildirib.