ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd kimi irəli sürdüyünü açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə eks-prezident sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.
“Çox düşündükdən sonra və bir çox iddialıların möhtəşəm istedadlarını nəzərə alaraq, qərara gəldim ki, ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vensdır”, – o bildirib.
Qeyd edək ki, 39 yaşlı Devid Vens Trampın sərt tənqidçilərindən olsa da, 2018-ci ildə ona dəstəyini nümayiş etdirmişdi.
Xatırladaq ki, bu gün Respublikaçılar Partiyası bu gün Donald Trampı səs çoxluğu ilə rəsmi namizəd kimi təsdiqləyib.