Tehran 2020-ci ildə iranlı generalı Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan qisas almaq cəhdlərindən əl çəkməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə SEPAH-ın komandanı, briqada generalı Əmir Əli Hacızadə deyib.
“Biz ABŞ-ın keçmiş prezidenti Donald Trampı və keçmiş dövlət katibi Mayk Pompeonu öldürmək istəyirik. Süleymaninin ləğvi əmrini verən hərbi liderlər isə öldürülməlidir”, – Hacızadə bildirib.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Qasım Süleymani 2020-ci il yanvarın əvvəlində prezident Donald Trampın göstərişi ilə ABŞ kəşfiyyat xidmətlərinin keçirdiyi hərbi əməliyyat nəticəsində öldürülüb.