
İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında Floridada keçirilən görüşdə HƏMAS-a tərksilah üçün iki ay vaxt verilməsi barədə razılıq əldə olunub.
AzerTimes xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri yazıb.
Qəzet qeyd edir ki, Tramp və Netanyahu Qəzza zolağındakı geniş tunel şəbəkəsinin məhv edilməsi ilə bağlı da razılaşıb.

