Tramp və Maskın “yalançı davası”nın 5 səbəbi

Tramp və Maskın “yalançı davası”nın 5 səbəbi

Tramp və Mask. Əgər bu dava “danışılmış döyüşdürsə” (90% elə olduğunu düşünürəm), bir çox məqsədi var, gözəl düşünülmüş PR gedişatdır.

AzerTimes xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

O bildirib ki, siyasətdə belə “davalar” bəzən taktiki hədəflərə hesablanır:

“1. Tramp bir çox məsələdə qısa müddətə böyük uğurlar əldə edə bilmədi: Ukrayna ilə Rusiyanı masaya otuzdurdu, amma nəticə yoxdur; İranla danışıqlar gedir, amma nəticəsizdir; Qəzza məsələsində həll yolu tapılmayıb – media Trampı artıq “didməyə” başlayırdı, bu “dava” ilə medianın bütün diqqəti əsl problemlərdən yayındı, “dava” əsas müzakirə mövzusu oldu;

2. ABŞ-ın köklü elitası (respublikaçılar və demokratlar) Maskın davranışlarını həzm edə bilmirdilər, demokratlara daha yaxın olan media Maskı “əsl prezident” kimi təqdim edirdi, deməli, ilk 5 ayın uğursuzluğunu da Maska yükləmək üçün yaxşı şərait yarandı, Mask da əsl dost kimi zərbəni öz üzərinə götürüb, Trampın daha yaxşı “işıqda” görünməsinə səbəb oldu;

3. Belə davalar komandanın içində və kənarda olan “çürük meyvələrin” təsbit edilməsi üçün idealdır – bir qrup Trampa, bir qrup isə Maska yaxınlaşmağa cəhd edərək özlərini “kölgədən” çıxardırlar, bu da siyasətdə ciddi rol oynayır,;

4. Mask “müxalif” görünməklə Trampın ilk aylarında xəyal qırıqlığına uğrayan respublikaçı elektoratı da konsalidə edir, onların demokratlar cəbhəsinə keçməsinə imkan vermir;

5. Nəhayət, mənim proqnozum odur ki, bu “danışılmış döyüşün” məqsədləri tamamlandıqdan sonra, yaxın 2-3 ayda, bəlkə də daha tez, Tramp və Mask barışacaq”.

Teqlər: