ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonun mərkəzində yerləşən “Trump International” otelini satmaq qərarına gəlib.
AzerTimes-ın məlumatına görə, Ağ Evin keçmiş rəhbərinin artıq oteldən istifadə hüquqlarının satışı ilə bağlı danışıqlar apardığı bildirilir.
Müqavilənin detalları hələ məlum deyil və bağlanmasının uzun müddət çəkəcəyi deyilir. Otel ABŞ paytaxtının əsas küçəsində, Ağ Evdən 500 metr və Kapitoliydən 1 km məsafədə yerləşir.
Daha əvvəl Trampın şəxsi helikopterlərindən birini satışa çıxardığı xəbəri yayımlanıb.