Tramp Ukraynaya ordu yeritməyi tələb edəcək – Quenno

Tramp Ukraynaya ordu yeritməyi tələb edəcək – Quenno

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Avropa ölkələrini Rusiyanın Ukraynaya qarşı müharibəsində daha çox iştiraka məcbur edə bilər. O, xüsusilə onlardan qoşunlarını cəbhə xəttinə göndərməyi tələb edə bilər.

AzerTimes xəbər verir ki, bunu BMT-nin sülhməramlı əməliyyatlar üzrə keçmiş baş katibinin müavini Jan-Mari Quenno deyib.

“Məsələ ondan ibarətdir ki, Tramp Ukraynanın ABŞ üçün bir vaxtlar Vyetnam və ya Əfqanıstandan daha böyük strateji əhəmiyyətə malik olduğuna inanırmı? Biz kifayət qədər qəddar ssenarini də istisna edə bilmərik. ABŞ Ukraynaya hərbi yardımı kəskin şəkildə kəsərsə, Avropa bu yükü çiyinlərinə götürmək üçün daha çox iş görməlidir. Lakin əsas amil siyasi iradədir. Bu məqamda Avropa parçalana bilər. Əsas məsələlərdən biri Almaniyadır. Berlin Tramp administrasiyasından hansı dərsi öyrənəcək? Bu, həlledici olacaq, çünki Almaniyasız AB-ni səfərbər etmək çox çətindir”, – o bildirib.

Teqlər: