Tramp tezliklə müflis olduğunu elan edə bilər

Tramp tezliklə müflis olduğunu elan edə bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tezliklə müflis olduğunu elan edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Nyusvik” nəşri amerikalı hüquqşünas və Trampın keçmiş müşaviri Corc Konveyin ərinə istinadən məlumat verib.

Konvey X hesbında yazıb ki, keçmiş prezidentin müflis olduğunu elan etmək şansları olduqca yüksəkdir. Belə ki, eks-prezident üst-üstə 500 milyon dollardan çox təzminat ödəməyi təxirə salmaq üçün bunu edə bilər.

Qeyd edək ki, fevralın 16-da ABŞ məhkəməsi keçmiş prezidentə dələduzluq işi üzrə 355 milyon dollardan çox təzminat ödəməyi tələb edib. Eyni işdə onun oğlanları Donald və Erikin hər birindən dörd milyon dollar təzminat tələbi olub.

Teqlər: