Tramp Szinpinlə Cənubi Koreyada görüşə bilər

Tramp Szinpinlə Cənubi Koreyada görüşə bilər

ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Szinpin arasında mümkün görüş üçün vaxt müəyyən edilib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir CNBC telekanalına müsahibəsində bildirib.

“Bunun üçün müəyyən edilmiş vaxt var” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Tramp çinli həmkarı ilə görüş üçün səbəb olmadığını açıqlamışdı. Tərəflərin Cənubi Koreyada APEC sammitində görüşəcəyi gözlənilir.

Teqlər: