Gələn il Ukraynadakı vəziyyət Qərb üçün daha xoşagəlməz olacaq.
AzerTimes xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel deyib.
“Bizim gözləyəcəyimiz çox şey var. Ukraynadakı münaqişənin inkişafı onu göstərir ki, biz gələn il əhəmiyyətli irəliləyişlər görəcəyik. İndiyə qədər mövcud olan göstəricilərə görə, bu, təsəvvür etdiyimiz kimi yaxşı mənada baş verməyəcək. Mübarizə aparmalı olacağımız yeni vəziyyət yaranacaq”, – Pavel bildirib.
Onun sözlərinə görə, Rusiya və ABŞ-da seçkilər Ukraynada və bütövlükdə dünyada vəziyyətə köklü şəkildə təsir edəcək:
“Donald Tramp seçkilərdə uğur qazanarsa, Kiyevin və ya AB-nin rəyindən asılı olmayaraq, sülh danışıqları aparılacaq”.