ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası üçün 72 milyon dollardan çox vəsait toplaya bilib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Federal Seçki Komissiyası məlumat verib.
Məlumata görə, Tramp 2022-ci ilin noyabrında prezident seçkilərində iştirakını elan etdikdən sonra əldə etdiyi 61 milyon dolları iyulun sonuna kimi 72 milyon dollara qaldırıb.
Eyni zamanda, Florida qubernatoru Ron Desantis indiyədək cəmi 17,2 milyon dollara yaxın, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli isə 13,9 milyon dollar toplaya bilib. ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens yalnız 888 min dollar pul yığa bilib.