Tramp seçilsə, geosiyasi fəlakət olacaq – Rasmussen

Tramp seçilsə, geosiyasi fəlakət olacaq – Rasmussen

Donald Trampın qarşıdan gələn seçkidə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsi Vaşinqtonun Kiyevə əlavə yardım göstərməsini çətinləşdirəcək.

AzerTimes xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

“Mən bunu geosiyasi fəlakət adlandırıram, çünki seçkiqabağı kampaniya zamanı onun təsiri dağıdıcı olacaq. ABŞ-da keçirilən sosioloji sorğuların nəticələri amerikalılar arasında Ukraynaya dəstəyin zəiflədiyini göstərir. Tramp prezidentliyə namizəd olarsa, bu proses sürətlənəcək. Onun ideyalarının Amerika cəmiyyətinin müəyyən hissəsi üçün cəlbedici olması faktının özü Amerika siyasətini yanlış istiqamətə yönəldəcək”, – o bildirib.

Rasmussen qeyd edib ki, Tramp ABŞ-ın Ukrayna ilə bağlı əlavə yardımı dayandırmaq kursunu dəstəkləyəcək və bu, təslimiyyətə çevriləcək:

“Ümid edirəm ki, respublikaçılar qarşıdan gələn prezident seçkisində ABŞ-ın dünya işlərində aparıcı roluna Trampdan daha çox meylli namizəd irəli sürəcəklər”.

Teqlər: