Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə Vikiliks portalının təsisçisi Culian Assancı əfv etmək barəsində ciddi şəkildə düşünəcək.
AzerTimes xəbər verir ki, Donald Tramp bu barədə podkaster Tim Poula müsahibəsi zamanı bildirib.
O, prezident seçiləcəyi təqdirdə Assanjı əfv edib-etməyəcəyi ilə bağlı suala cavab verib:
“Biz bunu çox ciddi nəzərdən keçirəcəyik”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Culian Assanj hazırda Britaniyanın Belmarş həbsxanasında saxlanılır. Mayın 20-də britaniyalı hakimlər Culian Assanca ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ verib.