Tramp sabah Putinə zəng edəcək, danışıqlar başlayacaq

Tramp sabah Putinə zəng edəcək, danışıqlar başlayacaq

ABŞ prezident seçkilərində Donald Tramp qalib gəlsə, noyabrın 6-da Rusiya Prezidenti Vladimir Putinə zəng edə bilər.

AzerTimes xəbər verir ki, bu proqnozu CNBC nəşri təqdim edib.

Eyni zamanda, bildirilir ki, Ukraynada müharibə ilə bağlı gələcək danışıqlara dair müzakirələr 2025-ci ilin ilk aylarında başlaya bilər.

Qeyd olunur ki, Ukrayna ABŞ-dakı səsvermənin gedişini diqqətlə izləyir. Tramp administrasiyası və sərt respublikaçılar Ukraynaya daha çox hərbi yardım göstərilməsinin əleyhinə ola bilər ki, bu da onun Rusiya ilə mübarizəni davam etdirmək qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədər.

“Ukrayna üçün həlledici amil seçkilərdən sonra Konqresdə demokratların, yoxsa respublikaçıların üstünlük təşkil edəcəyidir. Bu, gələcək prezidentin nə qədər səlahiyyətlərə sahib olacağı, Ukraynaya dəstək və ya dəstəyi nə dərəcədə əngəlləyə biləcəyi ilə bağlı əsas amildir”, – nəşr vurğulayıb.

Teqlər: