Tramp Rusiyanın qələbəsini istəyir? – İnanılmaz iddia

Tramp Rusiyanın qələbəsini istəyir? – İnanılmaz iddia

ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiyanın təcavüzü ilə qarşıdurmada Ukraynanın qalib gəlməsini istədiyini deməyəcək.

AzerTimes xəbər verir ki, bunu köşə yazarı Devid Frenç “Nyu York Tayms”dakı yazısında bildirib.

O xatırladıb ki, demokrat Harrislə son debat zamanı respublikaçı – çoxsaylı suallara baxmayaraq – Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsini istədiyini deməkdən imtina edib.

Eyni zamanda Tramp müharibədə qalib gəlməyi deyil, müharibəni bitirməyi vurğulayıb.

O qeyd edir ki, Rusiyanın qələbəsinin ABŞ-ın maraqlarına uyğun olacağı heç bir ssenari yoxdur:

“Çünki Rusiyanın qələbəsi təkcə Kremlin təsir dairəsini genişləndirməyəcək, həm də insan haqları üçün fəlakət olacaq və Ukrayna milli kimliyinin yoxa çıxması təhdidini yaradacaq, bu da qlobal güc balansının dəyişməsinə gətirib çıxaracaq”.

Teqlər: