Tramp Rusiyanı hücuma sövq edir, NATO-nu sarsıdır

Tramp Rusiyanı hücuma sövq edir, NATO-nu sarsıdır

Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Amerika diplomatiyası bütün tərəflərin paylaşdığı beynəlmiləlçi irsi pozacaq.

AzerTimes xəbər verir ki, bu barədə jurnalist və yazıçı Jil Pari “Le Monde” nəşri üçün qələmə aldığı məqaləsində bildirib.

O bildirib ki, artıq indidən Ağ Evin keçmiş rəhbəri öz ölkəsinin seçiminə təsir edir.

Pari xatırladır ki, fevral ayında Tramp Rusiyanı alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən istənilən üzv ölkəyə hücum etməyə “sövq etməklə”, NATO-nun əsaslarını yenidən sarsıdıb:

“Bu, alyansın bir NATO ölkəsinə hücumun onun bütün üzvlərinə hücum olduğunu nəzərdə tutan 5-ci maddəsinin rədd edilməsidir”.

Teqlər: