Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Respulikaçılar Partiyasının böyük təşkilatlarına onun adından istifadə edərək vəsait toplamağı qadağan edib.

AzerTimes-ın məlumatına görə, bunu “Politico” nəşrinə keçmiş ABŞ Prezidentinin müşaviri deyib.

Məlumata əsasən, D.Trampın vəkilləri artıq Respublikaçılar Partiyasının Milli Komitəsinə (RNC), Nümayəndələr Palatasına Seçkilər üzrə Respublikaçılar Partiyasının Milli Komitəsinə (NRCC) və Senata Seçkilər üzrə Respublikaçılar Partiyasının Milli Komitəsinə (NRSC) müvafiq məktublar göndəriblər.


Müşavir qeyd edib ki, D.Tramp hələ də Respublikaçıların tərəfdarıdır, lakin bu, onun simasının icazəsiz istifadə edilməsinə imkan vermir.