Tramp rəqiblərini ciddi fərqlə üstələdi

Tramp rəqiblərini ciddi fərqlə üstələdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçicilər arasında dəstək baxımından digər respublikaçı namizədləri üstələyir.

AzerTimes xəbər verir ki, bu barədə “CBC Nyus” kanalı və “YouGov” data analizi şirkəti keçirdikləri sorğuya əsasən məlumat yayıb.

Araşdırmaya görə, Respublikaçılar Partiyası tərəfdarlarının 69%-i Trampa səs vermək niyyətində olduğunu bildirib. Ötən ilin noyabr ayında isə bu göstərici 61% təşkil edib.

İkinci yerdə Florida qubernatoru Ron DeSantis qərarlaşıb. Respondentlərin 14%-i ona səs verməyə hazır olduğunu bildirib.

Sorğuda iştirak edənlərin 12%-i isə ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyliyə səs verəcəyini qeyd edib.

Digər namizədlərin nəticələri isə 5%-dən az olub.

Söhrab İsmayıl

Teqlər: