Tramp qudasını bu ölkəyə səfir göndərir

Tramp qudasını bu ölkəyə səfir göndərir

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Amerikanın Fransadakı səfiri vəzifəsinə qudası Çarlz Kuşnerin namizədliyini irəli sürüb.

AzerTimes xəbər verir ki, bu barədə Tramp X sosial şəbəkəsində yazıb.

“Mən Çarlz Kuşneri ABŞ-ın Fransadakı səfiri vəzifəsinə namizəd irəli sürməkdən məmnunam. O, ölkəmizi və onun maraqlarını güclü şəkildə təmsil edəcək nəhəng biznes-lider, xeyriyyəçi və sövdələşmələr aparan şəxsdir”, – Tramp bildirib.

Qeyd edək ki, Çarlz Kuşner Trampın qızı İvankanın qayınatasıdır. Ç.Kuşner daşınmaz əmlak şirkəti “Kushner Companies”in təsisçisi və rəhbəridir.

Teqlər: