Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlsə, Ukraynada münaqişə daha tez bitəcək və region daha tez sakitləşəcək ki, bu da konkret olaraq Gürcüstana münasibəti dəyişəcək.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, Gürcüstan təbii ki, heç kimin seçkilərinə müdaxilə edə bilməz:
“Xüsusən də ABŞ kimi böyük bir ölkənin prezident seçkilərinə qarışmaq bizim işimiz deyil”.