Trampın baş müşaviri Brayan Hyuz respublikaçı namizədin Rusiya liderinə Ukrayna münaqişəsi ilə bağlı telefon danışığının mümkünlüyünü istisna etməyib.
AzerTimes xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə Ukrayna məsələsinə görə Trampın Putinə birbaşa zəng etməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
“Mən Trampın təqviminə və ya zənglərinə cavabdeh deyiləm, lakin o, prosesə hörmətlə yanaşır və mövcud vəziyyəti pozmaq üçün heç nə etməyəcək. O, hər bir dünya lideri ilə ünsiyyət qurmaq və əlaqələr saxlamaq bacarığını nümayiş etdirib”, – o bildirib.