İddia olunur ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifədən getdikdən sonra Rusiya lideri Vladimir Putinlə 7 dəfə telefonla danışıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Amma xeyr, bu doğru deyil”, – Peskov bildirib.
Qeyd edək ki, amerikalı tanınmış jurnalist, yazar Bob Vudvord qələmə aldığı “Müharibə” kitabında Trampın vəzifədən getdikdən sonra Putinlə 7 dəfə telefonla danışdığını iddia edib.