Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkədəki vəziyyətin onu 2024-cü ildə növbəti dəfə prezidentliyə namizədliyi irəli sürməyə vadar etdiyini deyib.
AzerTimes-ın məlumatına görə, “Fox” telekanlına müsahibə verən D.Tramp hazırkı prezident Co Baydeni bu vəzifə üçün səriştəsiz adlandırıb.
D.Tramp, həmçinin ABŞ qoşunlarının Əfqanıstandan çıxmasını da ölkə tarixinin ən böyük utancı adlandırıb: “Hazırkı vəziyyət bizə namizədliyimizi irəli sürməkdən başqa heç bir çıxış yolu qoymur”.
Qeyd edək ki, Donald Tramp 2016-2020-ci illərdə ABŞ prezidenti olub.