ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “TRUTH Social” şəbəkəsinin açılacağını açıqlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə The Hill qəzeti xəbər verib.
D.Tramp bildirib: “Böyük texnologiyaların zülmünə müqavimət göstərmək üçün TRUTH Social və TMTG (Trump Media & Technology Group) şirkətini yaratdım”.
ABŞ-ln keçmiş prezidenti tezliklə “TRUTH sosial şəbəkəsində həqiqəti” dərc edə biləcəyinə görə sevincini ifadə edib:
“Şadam ki, tezliklə sosial həqiqətlə bağlı fikirlərimi bölüşməyə başlayacağam və Böyük Texnologiyalara qarşı mübarizə aparacağam”.