ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Yevangelist Kilsəsinin üzvü Coel Tennini Ermənistan üzrə xüsusi təmsilçi təyin edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Tenni özünün sosial şəbəkə səhifəsində yazıb.
O qeyd edib ki, ətraflı məlumatı andiçmədən sonra veriləcək:
“Təsdiq olunub. Mən rəsmi olaraq ABŞ və Ermənistan arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına həsr olunmuş rolu öz üzərimə götürəcəm. İnauqurasiyadan sonra əlavə məlumatlar verəcəm”.