Tramp onları məcburi məzuniyyətə göndərir

Tramp onları məcburi məzuniyyətə göndərir

ABŞ-d federal hökumət qurumlarında olan fərqlilik, bərabərlik və inklüzivlik şöbələrinin bütün işçiləri ödənişli əsaslarda məzuniyyətə göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb.

“Biz bütün federal qurumlarda olan DEİ (fərqlilik, bərabərlik və inklüzivlik) üzrə şöbələrin bağlanması və DEİ (əməkdaşları) ilə bağlanmış müqavilələrə xitam verilməsi istiqamətində ölçülər qəbul edirik. Bu proqramlar amerikalıları irqi mənsubiyyətlərinə görə ayırırdı və beləcə vergi ödəyicilərinin dollarları boşuna havaya uçurulurdu və əslində rüsvayçı ayrı-seçkiliyə xidmət edirdi”, – qurum rəhbərlərinə göndərilmiş məktubda qeyd olunub.

Teqlər: