Tramp Nobel mükafatına layiqdirmi? – Putinin cavabı

Tramp Nobel mükafatına layiqdirmi? – Putinin cavabı

16:47

ABŞ Prezidenti Donald Tramp bütün dünyada mürəkkəb və uzunmüddətli münaqişələrin həlli üçün çox işlər görür.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Trampın Nobel Sülh mükafatına layiq olub-olmaması ilə bağlı suala cavabında deyib.

“ABŞ-ın hazırkı prezidenti Nobel mükafatına layiqdir, ya yox, bilmirəm, amma o, həqiqətən də mürəkkəb, onilliklər boyu davam edən böhranların həlli üçün çox şey edir”, – deyə Putin bildirib.

O, həmçinin Trampın Ukraynadakı münaqişənin həllinə səmimi sadiqliyini qeyd edib.

Putin Nobel Komitəsinin mükafatı “sülh naminə heç nə etməyən” insanlara verdiyi halları misal çəkib. Vurğulayıb ki, bu cür qərarlar Nobel mükafatının nüfuzuna böyük zərbə vurub:

“Məncə, mükafatın nüfuzu böyük ölçüdə itirilib”.

Qeyd edək ki, bu gün venesuelalı demokratiya fəalı Mariya Korina Maçado 2025-ci il Nobel Sülh mükafatına layiq görülüb.

Nobel Sülh Mükafatına namizədlər arasında ABŞ Prezidenti Donald Tramp da var idi.

Teqlər: