Donald Tramp noyabrda keçiriləcək prezident seçkisində qalib gəlsə, Çinlə mübarizə onun xarici siyasət prioritetlərindən biri olacaq.
AzerTimes xəbər verir ki, bunu Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens deyib.
“Donald Tramp və mən Amerika istehsalının bərpasına, iş yerlərinə (Çindən ABŞ-a qaytarılmasına) diqqətimizi yönəltmək niyyətindəyik ki, Çin öz orta sinfini bizimkilər hesabına qurmasın. Əgər bunun öhdəsindən gələ bilsək, qarşıdakı 50 il ərzində Çinlə qarşılaşmada daha yaxşı mövqedə olacağıq. Bu, ən mühüm xarici siyasət məsələsidir”, – o bildirib.
Qeyd edək ki, ABŞ-ın bəzi nəhəng texnologiya şirkəti məhsullarını Çində istehsal edir.