

ABŞ Prezidenti Donald Tramp administrasiyası bir il ərzində ölkədən 1 milyona yaxın qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, analitiklər bu rəqəmi qeyri-real hesab edirlər, çünki bu iş üçün hüquq-mühafizə orqanlarına kifayət qədər kadr və maliyyə ayrılmayıb.
Bundan əlavə, miqrantların məhkəməyə müraciət etmək və onların deportasiyasına etiraz etmək hüququ var.