Navalnının gözlənilməz ölümü məni ölkəmizdə baş verənləri dərk etməyə vadar etdi. Satılmış radikal solçu siyasətçilər, prokurorlar və hakimlər bizi dağılmış yola aparır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz sosial şəbəkə (The Truth) səhifəsində yazıb.
O bildirib ki, Navalnı ajiotajından istifadə edən amerikalı satılmış siyasətçilər ABŞ-ın daxili problemlərindən diqqət yayındırmağa çalışırlar.