ABŞ-ın keçmiş prezidenti Donald Tramp Meksikadakı narkotik
laboratoriyalarını məhv etmək üçün bu ölkədəki hədəflərə raket
zərbələri endirməyi təklif edib.
Trend xəbər verir ki, bu barədə sabiq müdafiə naziri Mark Esperə
istinadən “New York Times” qəzeti məlumat yayıb.
Nəşrin ilkin nüsxəsi ilə tanış ola bildiyi xatirələrində M.Esper
yazır ki, D.Tramp 2020-ci ilin yayında ən azı iki dəfə narkotik
laboratoriyalarının bombalanması ideyasını gündəmə gətirib.
Onun sözlərinə görə, eks-prezident deyib ki, ABŞ “narkotik
laboratoriyalarını məhv etmək üçün Meksikaya raket zərbələri
endirməlidir”.
“Heç kim bilməyəcək ki, biz idik”, – deyə D.Tramp M.Esperin
etirazlarına cavab verib.
“Biz sadəcə bir neçə “Patriot” raketi buraxıb laboratoriyaları
səssizcə məhv edə bilərdik”, – deyə D.Tramp bildirib.
Qeyd edilir ki, Pentaqonun sabiq rəhbəri əvvəlcə bunun zarafat
olduğunu düşünüb, lakin prezidentə baxdıqdan sonra fikrini
dəyişib.