Ukraynadakı münaqişə tərəfləri tezliklə danışıqlar stolu arxasına oturmalıdırlar.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nevada ştatında tərəfdarları ilə görüşü zamanı deyib.
“Hazırda Rusiya və Ukrayna arasında münaqişə var. Müharibəyə sülh yolu ilə son qoymaq üçün dərhal danışıqlara getməliyik. Əks halda, dünyanı Üçüncü Dünya müharibəsi gözləyir”, – Tramp bildirib.