ABŞ-ın keçmiş prezidenti Donald Tramp məxfi dövlət sənədlərinin gizlədilməsi işi üzrə Mayamidə məhkəmə qarşısına çıxacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyited Press” məlumat yayıb.
Trampın özü bu ittihamların siyasi motivli olduğunu söyləyib.
Bundan əlavə, bildirilib ki, Tramp tərəfdarları onu dəstəkləmək üçün avtobuslarla Mayamiyə gələcək.
Aksiyalarda 50 minə yaxın amerikalının iştirak edəcəyi gözlənilir.