

ABŞ Prezidenti Donald Tramp amerikalı iş adamı İlon Maskı “SpeysX”in fəaliyyəti və NASA ilə əməkdaşlığı üçün zəruri olan dövlət sirlərinə giriş hüququndan məhrum edə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Bildirilib ki, Ağ Ev Maskın şirkətləri ilə bağlanmış dövlət müqavilələrinə də xitam verə bilər:
“2024-cü ildə onlar 17 qurumla 100 müqavilə əsasında təxminən 3 milyard dollar alıblar”.